“AKTİF PHARMA” fəaliyyət istiqamətini müəyyənləşdirdi

“AKTİF PHARMA” kimya, ilaç, medical sanayi A.Ş.-nin Azərbaycan Respublikasındakı filialı 14 oktyabr 2021-ci ildə dövlət qeydiyyatından keçərək Azərbayacan Respublikası və Türkiyə Cumhuriyyəti qanunvericiliyinin tələbləri daxilində fəaliyyət istiqamətini müəyyənləşdirib.

 

Modern.az xəbər verir ki, baş ofisi Umraniyə küçəsi 365, İstanbul/Türkiyə ünvanında yelrəşən “AKTİF PHARMA” kimya, ilaç, medical sanayi A.Ş.-nin Azərbaycan Respublikasındakı filialı Qida Təklükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi tərəfindən müvafiq istehsal üçün icazə sertifikatı olan yeganə müəssisədir. Həmçinin, beynəlxalq dərəcəli GMP, İSO 9001, İSO 22000 dərəcəli sertifikatları olan “AKTİF PHARMA” kimya, ilaç, medical sanayi A.Ş.-nin Azərbaycan Respublikasındakı filialı Türkiyədə 16 illik təcrübəsi olan peşəkar komanda ilə əsasən Bioloji Fəallığa Malik qida əlavələri, gigiyenik və kozmetik məhsulların istehsalı ilə məşğuldur. Kapsul, tablet, sirop, damcı, sprey, saşe, blister və krem qruplarının hamısı müəssisəmizdə istehsal olunmaqdadır.

 

Keyfiyyətli məhsulların istehsal istiqamətini hədəf olaraq qarşısına məqsəd qoyan müəssisəmizin əsas məqsədi təcrübəli türk şirkətinin praktikasından istifadə etməklə Azərbaycan vətəndaşlarının bu məhsullara olan tələbatını daha münasib qiymətlə daha da əl çatan səviyyədə qarşılamaqdır. Əsasən aktiv  pondemiya dönəmində bu tip (vitamin və mineral tərkibli) məhsullara olan yüksək tələbatın olduğunu diqqətə alaraq Azərbaycanda bu tip müəssisəyə nə qədər ehtiyac olduğu daha da hiss olunurdu.

 

Qarşımıza qoyduğumuz məqsədlərimizdən biri də istehsal etdiyimiz məhsulları daxili bazara təqdim etməklə yanaşı, xarici bazarlara da çıxışdır. Belə ki, MDB-nə daxil olan ölkələr arasındakı razılaşmaya əsasən idxal məhsulları ƏDV-dən başqa bütün rüsumlardan azaddır ki, nəticədə MDB ölkələrinin Türk şirkətlərinə olan etibarının Azərbaycan Respublikasındakı filialından istehsal edərək ixrac etməsidir. Nəticədə hər iki dövlətin iqtisadiyyatına valyuta daxil olunmasına səbəb olacaq.

 

“AKTİF PHARMA” kimya, ilaç, medical sanayi A.Ş.-nin Azərbaycan Respublikasındakı filialı bütün növ qida rassionunu zənginləşdirən vitaminlər, minerallar, prebiotiklər və simbiotiklər kimi məhsulların istesalını Azərbaycanda ilk dəfə etməklə gələcək fəaliyyətində başqa tərkibli daha çox məhsulların istehsalını da qarşısına hədəf qoyub.


994552651727
0507 166 26 23